SON DƏQİQƏ
» » “Bu, Ermənistanda dağıntılara səbəb olacaq” – Krılovdan şok sözlər

“Bu, Ermənistanda dağıntılara səbəb olacaq” – Krılovdan şok sözlər

Tarix:

22-01-2019, 18:49

/ 10 233 dəfə oxundu.
“Bu, Ermənistanda dağıntılara səbəb olacaq” – Krılovdan şok sözlər

“Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər yaranıb”.

GunAz.az xəbər verir ki, bunu Rusiya AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, politoloq Aleksandr Krılov deyib.

Ekspertə görə, ikitərəfli münasibətlərdə problem yaradan əsas faktor Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin “məxməri inqilab” kimi qəbul edilməsidir:

“Keçən ilin aprel-may aylarında Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bu prosesin “məxməri inqilab” olması Rusiyada narahatlıq yaradıb. Hakimiyyətə gəlmiş yeni qüvvənin Rusiya əleyhinə səsləndirdiyi fikirlər də münasibətlərə mənfi təsir göstərir. Əlbəttə, Ermənistanın maraqları baxımından, Moskva ilə isti münasibətəri davam etdirmək daha məqsədəuyğun olmalıdır”.

Aleksandr Krılov hesab edir ki, Ermənistanın yeni hakimiyyəti SSRİ-nin dağılmasından sonra respublikaların davam etdirdiyi siyasətə üz tutsa, bu, Ermənistanda dağıntılara səbəb olacaq:

“Bu baxımdan, yaxın gələcəkdə cəmiyyətin sosial-iqtisadi vəziyyətində müsbət dəyişiklik olmasa, bu yeni narahatlığa və dəyişikliyə yol aça bilər”.Teleqraf.com

скачать dle 12.1

Şərhlər