SON DƏQİQƏ
» » Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir

Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir

Tarix:

21-01-2019, 17:16

/ 10 229 dəfə oxundu.
Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir

Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.

Mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.

Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.

Sosial şəbəkələrdə qiyamçıların hərəkatını əks etdirən, habelə Konstitusiyanı müdafiə etməyə və hökumətə itaətsizliyə çağıran videolar yerləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ