SON DƏQİQƏ

Həbsxanada FACİƏ: 78 nəfər öldü

Tarix:

29-03-2018, 08:20

/ 10 322 dəfə oxundu.
Həbsxanada FACİƏ: 78 nəfər öldü

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.

Rəsmi Karakas hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verməyib. 2013-cü ildə Venesuelanın Lara ştatında həbsxanada baş vermiş qiyam 61 nəfərin ölümünə səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ