SON DƏQİQƏ

XX əsrin 100 ən yaxşı filmi açıqlandı

Tarix:

15-01-2019, 11:10

/ 10 199 dəfə oxundu.
XX əsrin 100 ən yaxşı filmi açıqlandı

Amerika Kinematoqraflar Cəmiyyyəti (American Society of Cinematographers ) XX əsrin 100 ən yaxşı filminin siyahısını hazırlayıb.

GunAz.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

Ən yaxşı filmlərin onluğunda “Fransız rabitəçisi” (1971), “2001: Kosmik odissey” (1968), “Məhsulyığımı günləri” (1978), “Konformistlər” (1970), “Çılğın öküz” (1980), “Xaç atası” (1972), “Vətəndaş Keyn” (1941), “Apokalipsis bu gün” (1979) və “Ülgüc üzərində qaçan” (1982) kimi filmlər yer alır.

Reytinqə rejissor Freddi Yanqın əfsanəvi britaniyalı kəşfiyyatçı və səyyah, Böyük Ərəb Üsyanında (1916-1918) böyük rol oynamış polkovnik Lourensin həyatından bəhs edən “Ərəb Lourens” filmi başçılıq edir. Sözügedən bioqrafik dram yeddiqat “Oskar” və dördqat “Qızıl Qlobus” mükafatçısıdır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ