SON DƏQİQƏ
» » 2018-ci ilin dəhşət filmlərinin reytinqi açıqlandı

2018-ci ilin dəhşət filmlərinin reytinqi açıqlandı

Tarix:

22-12-2018, 13:30

/ 10 352 dəfə oxundu.
2018-ci ilin dəhşət filmlərinin reytinqi açıqlandı

“Screen Rant” saytı 2018-ci ilin dəhşət filmlərinin reytinqini hazırlayıb.

GunAz.az bildirir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

İlin ən qorxulu filmi gənc amerikalı rejissor Ari Asterin “Reinkarnasiya”sı seçilib. Süjetə əsasən, filmin qadın baş qəhrəmanının anasının ölümündən sonra onun evində qəribə hadisələr baş verir.

Reytinqi hazırlayan müəlliflərin fikrincə, “Reinkarnasiya” təkrar izləmək istəməyəcəyiniz bir filmdir.

İkinci yerə Con Krasinskinin çəkdiyi “Sakit yer” filmi layiq görülüb. Filmin rejissoru ssenari müəlliflərindən biri olub və filmdəki baş kişi rolunu oynayıb. “Sakit yer” qulyabanıların məskunlaşdığı bölgədə bir ailənin taleyindən bəhs edir. Filmin qəhrəmanlarının sağ qalmasının yeganə yolu səs-səmirsiz ünsiyyət qurmaqdır.   

İlin ən qorxulu üçüncü filmi italiyalı rejissor Luka Quadanyinonun ərsəyə gətirdiyi “Suspiriya” lenti olub. 1977-ci ildə çəkilmiş filmin remeyki olan bu kinoda baş rolları Dakota ConsonTilda Suintonvə Doris Xik oynayıblar. “Screen Rant” Quadanyinonun bu işini “Möhtəşəm və dəhşətli” kimi xarakterizə edib.

Bundan əlavə, ilk beşliyə Ceremi Daysonun rejissoru olduğu Britaniya filmi “Ruhların hekayələri” və Korali Farjeanın çəkdiyi “Sağ qalmış” filmi daxil olub.

скачать dle 12.1

Şərhlər