SON DƏQİQƏ
» » “Akvamen” premyeradan üç gün öncə “CinemaPlus”da

“Akvamen” premyeradan üç gün öncə “CinemaPlus”da

Tarix:

19-12-2018, 18:12

/ 10 471 dəfə oxundu.
“Akvamen” premyeradan üç gün öncə “CinemaPlus”da

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında fantastik ekşn janrında olan “Akvamen” filminin premyeradan üç gün öncə nümayişi keçirilib.

Tədbirə məşhur stilist Nata İsmaylova tərəfindən filmin baş qəhrəmanı kimi qrim olunan fotoqraf Eyyub Qurbanov (El Lobo) dəvət olunub. Tədbir iştirakçıları böyük həvəslə onunla şəkil çəkdirirdilər. 

Həmin gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, bloqer və böyük təşkilat rəhbərləri dəvət almışdılar. Filmə olan böyük maraq kinoteatrın ən böyük zalında boş yerlərin olmamasına səbəb oldu.  

“Akvamen” DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmi olub.

“Akvamen”dən ayrılmağın mümkün olmamağının əsas səbəblərindən biri  - sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər üzrə ixtisaslaşmış bir neçə şirkət işləyib və nəticə təsirli olub.  

Filmdə baş rolu – havayalı, “Taxt oyunları” filmində Kxala Droqonu və “Konan-barbar” filmində Konan rolununda çəkilmiş müasir dövrün ən brutal aktyorlarından olan Ceyson Momoa oynayıb. Bütün həyatının məhəbbəti - kürənsaçlı Meranı Ember Herda oynayıb. Nikol Kidman Akvamenin anası Atlannanı canlandırıb. Uillyem Defo baş qəhrəmanın müəllimidir. Dolf Lundqren isə Akvamenin gələcək qayınatası şah Nereusu oynayıb.

Filmin rejissoru “Mişar”, “Astral”, “Cadu” filmləri və “Forsaj” franşizasının yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır. 

Film haqqında qısa məlumat: Artur Karri mayak işçisi Tom Karri və Atlanna adlı qadının oğludur. Artur artıq yeniyetmə yaşlarında inanılmaz güc və sürət sərgiləyir, su altında nəfəs almaq və balıqlarla danışa bilmək bacarıqlarını sərgiləyirdi.

Ölüm ayağında ikən Atlanna oğluna həqiqəti danışır: o, bir zamanlar sürgün olunmuş Atlantida Kraliçası idi və Arturun bir gün yeddi dənizin hökmdarı olacağına vəd verib. Atası ona təhsil verir və bacarıqlarını idarə etməyi öyrədir, bu isə onun Akavmen adlı qəhrəmana çevrilməsi ilə nəticələnir.

Tədbirin təşkilində dəstək olublar: Red Bull, “Azeri Express” kuryer xidməti, Ganja Sharab, Paco Rabanne və Ideal Perfumery&Cosmetics parfümeriya və kosmetika mağazalar şəbəkəsi. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ