SON DƏQİQƏ
» » ABŞ Əfqanıstanda hərbçilərinin sayını iki dəfə azaldacaq

ABŞ Əfqanıstanda hərbçilərinin sayını iki dəfə azaldacaq

Tarix:

3-01-2019, 09:23

/ 10 224 dəfə oxundu.
ABŞ Əfqanıstanda hərbçilərinin sayını iki dəfə azaldacaq

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Military.com" nəşri məlumat yayıb.

"Yanvarın 2-də ABŞ-ın hərbi məmurları əvvəlki kimi həvəssiz şəkildə qoşunların Əfqanıstandan çıxarılması planını müzakirə etdilər, lakin strategiya ilə tanış olan mənbə "Military.com"a bildirib ki, (NATO-nun Əfqanıstanakı missiyasının komandanı general Ostin Skott) Miller növbəti 8-12 ay ərzində təqribən 14 min Amerika əsgərindən 7 minini ölkədən çıxarmağı planlaşdırır", — deyə mətdə bildirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etmədiyini və Pentaqona müvafiq göstəriş vermədiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ