SON DƏQİQƏ

Pentaqonun yeni rəhbəri barədə şok iddialar

Tarix:

28-12-2018, 12:00

/ 10 203 dəfə oxundu.
Pentaqonun yeni rəhbəri barədə şok iddialar

ABŞ Müdafiə naziri Ceyms Mettisin istefasından sonra onu bu postda əvəz edəcək müavini Patrik Şanahanın xarici siyasət və hərbi sahədə təcrübəsiz olması Vaşinqtonda ciddi müzakirə mövzularından birinə çevrilib.

GunAz.az xarici mediaya istinadla xəbər verir ki, 2019-cu il yanvarın 1-dən etibarən müdafiə naziri vəzifəsini icra edəcək Patrik Şanahan 1986-cı ildən bəri "Boeinq" şirkətində çalışıb.
Ötən il isə Ceyms Mettis tərəfindən nazir müavini postu üçün namizəd göstərilib və bu vəzifədə çalışmağa başlayıb.
Bir sıra layihələrin müəllifi olan Patrik Şanahan ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən etirazla qarşılanan Kosmik Qüvvələr Komandanlığının yaradılmasında mühüm rol oynadığına görə bürokrat kimi tanınır.
Lakin bu xidmətindən sonra onun prezident Donald Tramp və vitse-prezident Mayk Penslə yaxın münasibət qurduğu bildirilir.
Məlumata görə, Pentaqonun yeni rəhbəri ABŞ hərbçilərinin Suriya və Əfqanıstandan çəkilmə prosesinə rəhbərlik edəcək.

скачать dle 12.1

Şərhlər