SON DƏQİQƏ
» » “Münasibətləri poza bilmərik” – Ermənistandan ABŞ-a Rusiya cavabı

“Münasibətləri poza bilmərik” – Ermənistandan ABŞ-a Rusiya cavabı

Tarix:

24-12-2018, 21:06

/ 10 205 dəfə oxundu.
“Münasibətləri poza bilmərik” – Ermənistandan ABŞ-a Rusiya cavabı

“Bu, sadəcə bir təklifdir, başqa təkliflər də ola bilər, lakin bu təklifləri irəli sürərkən koordinasiya etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin müşaviri Con Boltonun fikirlərini şərh edən Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

O, bu barədə Hindistanın “WION” telekanalına müsahibəsində danışıb.

Qeyd edək ki, Ermənistan-Rusiya münasibətləri haqda danışan Con Bolton “Amerika silahları rus silahlarından daha yaxşıdır. Ermənistan ənənəvi münasibətlərdən xilas olmalıdır” demişdi.

Onun fikirləri rəsmi İrəvan və Moskvanın etirazına səbəb olub.

Armen Sərkisyan isə Boltona gecikən cavabında Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərinin olduğunu bildirib:

“Rusiya əsrlərdir Ermənistanın müttəfiqidir. Münasibətlərimiz sabitdir və bu, belə də davam edəcək”.

скачать dle 12.1

Şərhlər