ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb. "G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - deyə Ağ evin yüksəkçinli əməkdaşı bildirib. Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını bəyan etmişdi.