SON DƏQİQƏ

Britaniya ordusunda əsgər çatışmır

Tarix:

14-12-2018, 22:34

/ 10 246 dəfə oxundu.
Britaniya ordusunda əsgər çatışmır

Böyük Britaniya ordusu 2012-ci ildən yetərli sayda əsgər yığa bilmir.

GunAz.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri dövlət nəzarəti qurumunun hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.

Oktyabr ayına olan məlumata əsasən, təlimdən keçmiş əsgərlərin sayı 77 mindir. Halbuki tələb olunan say 82,5 mindir.

Qeyd olunur ki, 2012-ci ildə Britaniya ordusu əsgər çağırışı ilə bağlı işi “Capita” şirkətinə həvalə edib. Şirkət 621 milyon dollarlıq müqavilə imzalasa da, işinin öhdəsindən gələ bilməyib.

скачать dle 12.1

Şərhlər