SON DƏQİQƏ

ABŞ İranda qarşıdurma planı hazırlayır

Tarix:

13-12-2018, 14:32

/ 10 276 dəfə oxundu.
ABŞ İranda qarşıdurma planı hazırlayır

ABŞ-ın İranda qarşıdurma yaratmaq planı hazırlaması mümkündür.

Bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

"Son iki ildə ABŞ İrana münasibətdə təzyiqlərini artırıb. ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda qarşıdurma yaratmağı planlaşdırır", - deyə o bildirib.

O, Ağ Evin bu ilin əvvəlində İrandakı rejimin öz 40 illiyini görməyəcəyi və 2018-ci ilin yayının çox isti olacağı ilə bağlı yaydığı bəyanata da reaksiya verib:

"Keçən ilin yayı ən sakit zamanlardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiyləyə əl ata bilərlər. Onlar 2018-ci il haqqında deyirdilər, amma qarışıqlığı 2019-da sala bilərlər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ