SON DƏQİQƏ

İranlı general Bakıda sәfәrdәdir

Tarix:

11-12-2018, 10:30

/ 10 265 dəfə oxundu.
İranlı general Bakıda sәfәrdәdir

İranın Sәrhәd Qoşunları komandanı bazar ertәsi günü Azәrbaycan rәsmilәri tәrәfindәn rәsmәn qarşılanıb.

GunAz.az xəbər verir ki, bu barәdә İranın Bakıdakı sәfirliyindәn mәlumat verilib.

General-mayor Qasım Rzayi Azәrbaycan Dövlәt Sәrhәd Xidmәtinin rәisi general-polkovnik Elçin Quliyevin dәvәti ilә iki ölkә sәrhәd komandanlarının iclasında iştirak etmәk mәqsәdi ilә Bakıya gәlib.

Rzayi iclasdan әlavә Azәrbaycan rәsmilәri ilә görüşәcәk.

İki ölkә münasibәtlәrinin güclәndirilmәsi vә müştәrәk sәrhәdlәrin tәhlükәsizliyinin artırılması İran Sәrhәd Qoşunları komandanının Azәrbaycana sәfәrinin mәqsәdlәrindәndir.

скачать dle 12.1

Şərhlər