SON DƏQİQƏ
» » Şakiraya vergi ittihamı - Prokurorluq işə qarışdı

Şakiraya vergi ittihamı - Prokurorluq işə qarışdı

Tarix:

8-12-2018, 09:50

/ 10 254 dəfə oxundu.
Şakiraya vergi ittihamı - Prokurorluq işə qarışdı

İspaniyada müğənni Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

GunAz.az xəbər verir ki, yaxın vaxtlarda İspaniya prokurorluğu müğənniyə qarşı iddia qaldıracaq.

Ölkənin vergi orqanları hesab edir ki, Şakira gəlir və əmlak vergisi ödəməyib.

İspaniya qanunvericiliyinə görə, il ərzində altı aydan çox müddətdə ölkə ərazisində yaşayan şəxslər avtomatik vergi ödəyicisi statusu alır.

Qeyd edək ki, əslən kolumbiyalı olan Şakira İspaniyada fasilələrlə olsa da, 2011-ci ildən yaşayır.

 

скачать dle 12.1

Şərhlər