SON DƏQİQƏ
» » Rusiya hərbi sənaye komplekslərinin direktoru Bakıda görüşlər keçirib

Rusiya hərbi sənaye komplekslərinin direktoru Bakıda görüşlər keçirib

Tarix:

7-12-2018, 10:30

/ 10 264 dəfə oxundu.
Rusiya hərbi sənaye komplekslərinin direktoru Bakıda görüşlər keçirib

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyindən GunAz.az-a verilən xəbərə görə, səmimi keçən görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də olub.

Qeyd edək ki, səfər, bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada təşkil edilmiş görüş zamanı əldə olumuş razılığa əsasən həyata keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ