SON DƏQİQƏ
» » Zakir Həsənov iranlı nazir müavini ilə görüşdü

Zakir Həsənov iranlı nazir müavini ilə görüşdü

Tarix:

25-09-2018, 18:06

/ 10 287 dəfə oxundu.
Zakir Həsənov iranlı nazir müavini ilə görüşdü

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini cənab Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən GunAz.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ