SON DƏQİQƏ

İranda toy yasa döndü - SİLAHLI İNSİDENT

Tarix:

6-12-2018, 13:54

/ 10 253 dəfə oxundu.
İranda toy yasa döndü - SİLAHLI İNSİDENT

İranın Kirmanşah vilayətində toy mərasimində baş verən atışma nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

GunAz.az xəbər verir ki, bunu İranın Kirmanşah vilayətinin hüquq-mühafizə idarəsinin rəisi Mənuçehr Əmanullahi deyib.

Onun sözlərinə görə, hadisə Kirmanşahın Çəmən qəsəbəsində baş verib.

Əmanullahi əlavə edib ki, əvvəllər qətllərdə adı hallanan qonaqlardan biri, bir neçə qonaqla dalaşdıqdan sonra, “Kalaşnikov” markalı avtomatla toyda atəş açmağa başlayıb. Nəticədə 20 nəfər yaralanıb. Xəstəxanaya aparıldıqdan sonra 1-i qadın olmaqla 4 nəfər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb və atəş açan şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirirlir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ