SON DƏQİQƏ

Ermənistan 2 gün sonra QƏRAR VERƏCƏK

Tarix:

30-10-2018, 13:57

/ 10 291 dəfə oxundu.
Ermənistan 2 gün sonra QƏRAR VERƏCƏK

Ermənistan parlamenti noyabrın 1-də baş naziri seçmək üçün xüsusi iclas keçirəcək.
GunAz.az
xəbər verir ki, bu barədə parlamentin aparat rəhbərinin müavini Tatul Soqomonyan deyib.


Xatırladaq ki, oktyabrın 24-də Ermənistan parlamenti baş naziri seçə bilməmişdi.

Ermənistan konstitusiyasına görə, baş nazirin seçilməsi üçün təkrar səsvermə ilk səsvermədən 7 gün sonra keçirilir. İkinci səsvermədə də seçki baş tutmasa, parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Baş nazir postuna yeganə namizəd olan Nikol Paşinyan parlamentdə seçilməməyi və qanunverici orqanda üstünlüyü əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini planlaşdırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ