SON DƏQİQƏ

Dizel yanacağı kəskin bahalaşdı - Foto

Tarix:

28-10-2018, 18:22

/ 10 333 dəfə oxundu.
Dizel yanacağı kəskin bahalaşdı - Foto

Fransada 2018-ci ilin yanvarından başlayaraq yanacağın qiyməti artır.

GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanacaq vergisinin artması ilə əlaqədar iyun ayından etibarən yanacağın qiymətində hər ay artım qeydə alınıb.

Artıq ölkədə dizel yanacağı rekord qiymətə çatıb. Dizel yanacağı və 95 markalı benzinin qiyməti təxminən eynidir.

Yerli mətbuatda dizel yanacağının 24 faiz artdığı göstərilir. Yanacağın qiymətinin artırılması ilə bağlı petisiya da hazırlanıb.

Qeyd edək ki, Fransada təbii qazın qiyməti də artıb. İyul ayında 7.45 faiz bahalaşan təbii qazın qiyməti oktyabrın 1-dən yenidən 3 faiz artıb.

Yanacağın qiymətinin artmaqda davam edəcəyi bildirilir.

 

Dizel yanacağı kəskin bahalaşdı - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ