SON DƏQİQƏ

Nazir HƏBS EDİLDİ - SƏBƏB?

Tarix:

24-10-2018, 16:40

/ 10 281 dəfə oxundu.
Nazir HƏBS EDİLDİ - SƏBƏB?

Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.

GunAz.az Trend-ə istinadla xəbər verir ki, onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.

69 yaşlı sabiq nazir isə məhkəmədə ittihamları qəbul etməyib: "Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur".

Xatırladaq ki, Ümum-Yunanıstan Sosialist Hərəkatı Partiyasının sabiq üzvü Y.Papantoniu 1994-cü ildən ölkənin milli iqtisadiyyat naziri, 1996-cı ildən 2001-ci ilədək milli iqtisadiyyat və maliyyə naziri, 2001-2004-cü illərdə isə milli müdafiə naziri vəzifələrində çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ