
Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində seçkiqabağı mitinqdə baş verən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, daha 36 nəfər yaralanıb.
GunAz.az xarici KİV-lərə istinadən xəbər verir ki, oktyabrın 13-də yerli vaxtla saat 14:00 radələrində Rustak dairəsində partlayış törədilib və seçki yarışının iştirakçılarından birinə qarşı yönəlib. Bu, parlament seçkiqabağı kampaniyası çərçivəsində oktyabr ayında törədilən üçüncü partlayışdır.