SON DƏQİQƏ
» » Kanada baş nazirindən Qarabağla bağlı AÇIQLAMA

Kanada baş nazirindən Qarabağla bağlı AÇIQLAMA

Tarix:

13-10-2018, 15:50

/ 10 285 dəfə oxundu.
Kanada baş nazirindən Qarabağla bağlı AÇIQLAMA

Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. 

GunAz.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Kanada baş naziri Castin Trüdo Ermənistan baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. 

O, problemin bütün tərəfləri qane edəcək sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Nazir ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini davam etdirməyə çağırıb. 

Kanada baş naziri region xalqlarının rifahı naminə danışıqların aparılmasının, Minsk prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər