SON DƏQİQƏ

Azad edilmiş keşiş Trampla görüşəcək

Tarix:

13-10-2018, 13:35

/ 10 258 dəfə oxundu.
Azad edilmiş keşiş Trampla görüşəcək

Keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək. 

GunAz.az xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır. 

O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək. 

Xatırladaq ki, Bransonun həbsi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə saxlanılmışdı. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ