SON DƏQİQƏ
» » Ağ Ev keşiş Bransonun azadlığa buraxılmasını alqışladı

Ağ Ev keşiş Bransonun azadlığa buraxılmasını alqışladı

Tarix:

13-10-2018, 10:44

/ 10 232 dəfə oxundu.
Ağ Ev keşiş Bransonun azadlığa buraxılmasını alqışladı

ABŞ Türkiyə məhkəməsi tərəfindən keşiş Endryu Bransonun azadlığa buraxılmasını alqışlayır.

GunAz.az xəbər verir ki, bu haqda Ağ Evi bəyanat yayıb. 

Bildirilib ki, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazırdır. 

Qeyd olunub ki, Brəsmi Vaşinqton keşiş Endryu Bransonun azad edilməsini alqışlayır.
"Biz onun evə dönməsini gözləyirik. O, ailəsi ilə görüşəcək. ABŞ və Türkiyənin regional təhlükəsizlik və sabitlik sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələləri var, və biz gözləyirik ki, onların həlli üzərində birlikdə işləyəcəyik".

Qeyd edək ki, ötən gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ