
Polşa prezidentinin avtomobil korteji qəza törədib.
GunAz.az “Report”a istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Dudanın avtomobil korteji 9 yaşlı oğlanın sürdüyü skuterlə toqquşub.
Hadisə Osvensim şəhərində, polis şöbəsinin yaxınlığında baş verib.
Belə ki, yolu skuterlə keçmək istəyən uşaq kortejdəki maşınların birinə çırpılıb. Uşaq ağır xəsarət almasa da, dərhal xəstəxanaya çatdırılıb.