Rusiyanın Suriyadakı Xmeymim aviabazası sentyabrın 17-də axşam saatlarında “İl-20” təyyarəsi ilə əlaqəni itirib.
GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, göyərtəsində 14 hərbçi olan Rusiyaya məxsus təyyarənin İsrailin “F-16” təyyarələrinin Latakiya əyalətinə aviahücumu zamanı Aralıq dənizi sahillərində yoxa çıxdığı ehtimal edilir.
Xmeymim bazası axatrış-xilasetmə əməliyyatlarına başlayıb.