Yeni Kaledoniya sahillərində 6.1 bal gücündə zəlzələ baş verib.
GunAz.az-ın məlumatına görə, zəlzələ Sakit okean sahillərində qeydə alınıb.
Zəlzələnin episentri Tadine yaşayış yerindən 205 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.