SON DƏQİQƏ
» » Donald Tramp: “İdlibdə qətliam olarsa, ABŞ çox qəzəblənəcək”

Donald Tramp: “İdlibdə qətliam olarsa, ABŞ çox qəzəblənəcək”

Tarix:

6-09-2018, 11:16

/ 10 205 dəfə oxundu.
Donald Tramp: “İdlibdə qətliam olarsa, ABŞ çox qəzəblənəcək”

“İdlibdə qətliam olarsa, ABŞ çox qəzəblənəcək”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Küveyt əmiri Şeyx Sabah ilə Ağ evdə keçiridiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyanın İdlib bölgəsinə hərbi əməliyyatları dəyərləndirərkən deyib.

“Yaranmış vəziyyət çox kədərləndiricidir. Ehtiyatlı və diqqətli olacaqlarını ehtimal edirəm. Əgər qan axıdılarsa, onda bu vəziyyət dünyanı, eləcə də ABŞ-ı çox qəzəbləndirəcək”, - deyə, o, mətbuat konfransında bildirib.

ABŞ prezidenti “Twitter” isə yazıb ki, Bəşşar Əsəd rejimi İdlibə düşünülmədən hücum etməməlidir: “Rusiyalılar və iranlılar ehtimal olunan insanlıq faciəsində iştirak etməklə nəticəsi pis olacaq humanitar səhv edirlər. Bu əməliyyat nəticəsində yüz minlərlə insan ölə bilər. Buna isə yol vermək ollmaz”.

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Suriyanın İdlib bölgəsinə mümkün kimyəvi silahlı hücumu cavabsız qoymayacaq.

BMT-nin hesabatına əsasən, Suriyada münaqişə nəticəsində 400 min dinc sakin ölüb, 10 milyon suriyalı evini təkr etməyə məcbur olub. Suriyanın 4,8 milyon vətəndaşı başqa dövlətlərin ərazisinə sığınıb.

Qeyd edək ki, sentyabrın 4-də Rusiya İdlibi bombalayıb. Sentyabrın 5-də isə Bəşşar Əsədə bağlı silahlı qüvvələri bölgəni top atəşinə tutub.

İdlibin 4 milyon sakini var. Hazırda bölgə Bəşşar Əsədə müxalifətdə olan Həyat Təhirir Aş-Şam silahlı qüvvələrin nəzarəti altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ