SON DƏQİQƏ

Çavuşoğlu: İdlibi bombalamaq qətliam olar

Tarix:

14-08-2018, 18:35

/ 10 266 dəfə oxundu.
Çavuşoğlu: İdlibi bombalamaq qətliam olar

Ankarada rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında danışan Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Terrorçu var deyə bütün İdlibi bombalamaq, vətəndaşları bombalamaq qətliam olar. Görüləcək iş müəyyən edilib, biz, Rusiya və digər tərəfdaşlarımızla birlikdə bu terrorçuları aşkar edib onları zərərsizləşdirməliyik”, – deyə bildirib.

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli nazir çıxışı zamanı qeyd edib ki, Astanadakı iclas zamanı Suriyada münaqişələri dayandırmaq istədik: “Xüsusən müxalifət və rejim arasında etibarlı addımların atılmasını istəmişik. İdlibdə həyata keçirilməsi çox dəqiqdir. Bizim 12 dənə monitorinq nöqtəmiz var. Buradakı məqsəd, atəşkəsin pozulduğu anda müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsidir. İdlibdə 3 milyondan çox vətəndaşın yaşadığı deyilir, amma terror qrupları da var”. Nazir əlavə edib ki, xüsusilə daha əvvəl mühasirə edilmiş rayonlardan silahlarla dəstələr gəliblər: “Bu terrorçu qruplar yalnız başqalarına və ya İdlib bölgəsinin xaricinə deyil, İdlib içindəki vətəndaşlara və müxalif qruplara da təhdid yaradır. Görüləcək iş müəyyəndir, biz, Rusiya və digər tərəfdaşlarımızla birlikdə bu terrorçuları aşkar edib onları təsirsiz hala gətirməliyik.

Terrorçu var deyə bütün regionu bombalamaq, mülki vətəndaşları öldürmək, fəlakət olar və ciddi bir böhran yaradır”, – deyə M.Çavuşoğlu qeyd edib.

скачать dle 12.1

Şərhlər