SON DƏQİQƏ
» » Rusiya Suriyada 86 min terrorçu öldürüb - Hesabat

Rusiya Suriyada 86 min terrorçu öldürüb - Hesabat

Tarix:

22-08-2018, 22:18

/ 10 277 dəfə oxundu.
Rusiya Suriyada 86 min terrorçu öldürüb - Hesabat

Rusiya Müdafiə Nazirlliyi 2015-ci ilin sentyabrından etibarən Suriyada İŞİD terrorçularına qarşı keçirilən əməliyyatlar barədə hesabat açıqlayıb.

GunAz.az xəbər verir ki, hesabatda Rusiya ordusunun Suriyadakı döyüşlərdə iştirak etməmişdən öncə ölkə torpaqlarının cəmi 8 faizinin hökumət qüvvələrinin nəzarətində olduğu bildirilib.

Rusiyanın yardımı ilə İŞİD-ə ağır zərbələr endirib, torpaqlar işğaldan azad edilib və ölkənin 96,5 faizinə nəzarət təmin edilib.

3 il ərzində əməliyyatlar zamanı 86 mindən çox terrorçu öldürülüb. Onların arasında İŞİD qüvvələrinə müxtəlif aylarda komandirlik edən 830 nəfər də var.

Rusiya ordusunun 63 min əsgəri və 434 generalı döyüşlərdə iştirak edib. Həmçinin 231 ədəd müasir texnika, 86 gəmi, 14 sualtı gəmi, Hərbi Hava Qüvvələri heyətinin 91 faizi əməliyyatlarda yer alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ