SON DƏQİQƏ

Kabildə növbəti terror: 25 ölü, 35 yaralı

Tarix:

15-08-2018, 17:34

/ 10 252 dəfə oxundu.
Kabildə növbəti terror: 25 ölü, 35 yaralı

Əfqanıstanın paytaxtı Kabulun qərbində partlayış baş verib.

GunAz.az  xəbər verir ki, terror hadisəsi nəticəsində 25 nəfər ölüb və daha 35 nəfər yaralanıb.

Hadisə terrorçu kamikadzenin 18-ci polis dairəsində yerli təhsil müəssisəsinin yaxınlığında özünü partlatması nəticəsində baş verdiyi bildirilir.

Ölənlərin hamısının tələblər olduğu qeyd edilir.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ