SON DƏQİQƏ
» » “ABŞ-ın elektron məhsullarını boykot edəcəyik”

“ABŞ-ın elektron məhsullarını boykot edəcəyik”

Tarix:

14-08-2018, 13:46

/ 10 222 dəfə oxundu.
“ABŞ-ın elektron məhsullarını boykot edəcəyik”

"Xaricdən aldığımız hər məhsulun daha yaxşısını istehsal edib satacağıq". 

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, ABŞ-ın elektron məhsullarını boykot edəcəyik: "Ölkəmizə investisiya qoymağı düşünənləri cəlb edəcəyik. Əgər ticarəti axsatsaq, əsas o zaman düşmənə təslim vəziyyətinə düşə bilərik. Dollarla ticarət eləsək həmin an batarıq. Sən türksən, sən Türkiyə lirəsi ilə bərabər yoluna davam edə bilərsən".

Prezident vurğulayıb ki, yenidən dirçələcəyik inşallah: "2023-cü il hədəflərimizə çatdığında adam başına düşən milli gəlirimizi 2 dəfədən artıq artıracağımız üçün hər vətəndaşımız 2 dəfə çox qazanc əldə edəcək".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ