Meksikanın Tamaulipas ştatında baş verən yol qəzasında 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
GunAz.az-ın məlumatına görə, iki minik maşını və treylerin toqquşması Syudad-Viktoriya və Tampiko şəhərləri arasında baş verib. Ölənlər hamısı bir maşında olublar və tanışlarının ad günü şənliyindən qayıdırdılar.
Hadisə yerinə polis və həkimlər briqadası gələrək xəsarət alanları hospitala çatdırıblar.