SON DƏQİQƏ

Tramp açıqladı: 23 avqustda...

Tarix:

8-08-2018, 11:03

/ 10 298 dəfə oxundu.
Tramp açıqladı: 23 avqustda...

ABŞ-ın Çindən idxal edilən 50 milyard dollarlıq məhsullara əlavə gömrük vergisinin tətbiq edilməsi planının 16 milyard dollarlıq ikinci bölümü 23 avqustda qüvvəyə minəcək.

GunAz.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “texnologiya oğurluğu ilə ədalətsiz ticarət tətbiqləri” adlandırdığı Çin siyasətinə qarşı yürüdülən gömrük vergisi siyasətinin bütün detalları dəqiqləşib.

ABŞ Ticarət Təmsilçiliyi 23 avqustdan etibarən 25% vergi tətbiq ediləcək məhsulların siyahısını da təqdim edib. Bu siyahıda motor yağı, etilen, vinil xlor, polimerit və 279 yarımkeçirici maddə yer alıb.

Çinin müdafiə, aviasiya və emalat sektorlarının hədəf alan bu gömrük vergisinin 7 iyulda qüvvəyə minən ilk bölümündə isə nüvə reaktorları, qaz boruları, hava və qaz mayeləşdirən maşınlar, sobalar daxil olmaqla, 818 məhsul nəzərdə tutulmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ