SON DƏQİQƏ

İrandakı etirazlar paytaxta keçdi

Tarix:

3-08-2018, 11:58

/ 10 250 dəfə oxundu.
İrandakı etirazlar paytaxta keçdi

Qiymət artımı və milli valyutanın devalvasiyası ilə bağlı İranı bürüyən etirazlar paytaxt Tehrana çatıb.

GunAz.az  Türkiyənin “Anadolu” agentliyinə istinadla xəbər verir ki, yayımlanan videolarda ölkədəki iqtisadi vəziyyətdən narazı olan şəxslərin Velasir meydanına toplaşdığı görünür.

Etirazçılar zibil konteynerlərinə od vurub və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bundan əvvəl, etiraz aksiyaları Məşhəd, Şiraz, İsfahan şəhərlərində keçirilib. Yerli KİV-in məlumatına görə, Məşhəddəki etiraz aksiyalarında yüzə yaxın şəxs iştirak edib.

скачать dle 12.1

Şərhlər