SON DƏQİQƏ
» » ABŞ-dan Türkiyəyə NÖVBƏTİ TƏHDİD – Vəziyyət nəzarətdən çıxır

ABŞ-dan Türkiyəyə NÖVBƏTİ TƏHDİD – Vəziyyət nəzarətdən çıxır

Tarix:

2-08-2018, 09:12

/ 10 243 dəfə oxundu.
ABŞ-dan Türkiyəyə NÖVBƏTİ TƏHDİD – Vəziyyət nəzarətdən çıxır

ABŞ-dan Türkiyəyə sanksiyalarla əlaqədar növbəti təhdid gəlib.

GunAz.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezident Mayk Pens sanksiyaların amerikalı rahib Andrey Kreyk Brunson tamamilə sərbəst qalana qədər davam edəcəyini bildirib.

“ABŞ hökuməti Türkiyəyə ağır iqtisadi sanksiyalar tətbiq etdi. Sanksiyalar prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə hökumətinin rahib Brunsonu sərbəst buraxana və bu günahsız din adamı ABŞ-a dönənə qədər davam edəcək”, - o deyib.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Andrey Kreyk Brunsonun işi ilə əlaqədar Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Prezidentin sərəncamı üzrə Maliyyə Nazirliyi Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edəcək. Onlar rahibin tutulması və həbsində aparıcı rolu oynayırdılar”, - Sanders brifinqdə deyib.

O qeyd edib ki, nazirlərin ABŞ-dakı bütün hesabları və aktivləri dondurulacaq.

Bundan saatlar sonra isə "F-35" beşinci nəsil qırıcılarının Türkiyəyə təslimatına da qadağa qoyulmasını nəzərdə tutan müdafiə büdcəsi layihəsi qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ