SON DƏQİQƏ
» » Gürcüstanda prezident seçkilərinin vaxtı məlum oldu

Gürcüstanda prezident seçkilərinin vaxtı məlum oldu

Tarix:

31-07-2018, 17:51

/ 10 248 dəfə oxundu.
Gürcüstanda prezident seçkilərinin vaxtı məlum oldu

Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş naziri Mamuka Baxtadze ilə növbəti prezident seçkilərinin keçirilmə vaxtının təyinatı üzrə məsləhətləşmələr aparır.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin administrasiyası məlumatında bildirilir.

Gürcüstanın Birinci telekanalının məlumatına görə, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu barədə prezident yaxın vaxtlarda xüsusi brifinqdə açıqlayacaq. Seçki məcəlləsinə əsasən, Gürcüstanda prezident seçkilərinin vaxtının təyinatı rəsmiləşəndən dərhal sonra seçkiqabağı kampaniyaya start veriləcək. Artıq bir neçə müxalifətdən prezidentliyə olan namizədlərin seçkiqabağı prezident kampaniyası başlayıb. Hakim partiya seçkilərdə yenə öz namizədini açıqlamayıb. Georgi Marqvelaşvili bundan əvvəl bildirmişdi ki, qarşıdakı prezident seçkilərində namizəd kimi iştirakını istisna etmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ