SON DƏQİQƏ
» » Kaliforniya yanğınında ölənlərin sayı 6 oldu

Kaliforniya yanğınında ölənlərin sayı 6 oldu

Tarix:

30-07-2018, 21:39

/ 10 358 dəfə oxundu.
Kaliforniya yanğınında ölənlərin sayı 6 oldu

ABŞ-ın Kaliforniya əyalətində meşə yanğınları nəticəsində ölənlərin sayı 6-ya yüksəldi.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, Şasta Kaunti bölgəsinin icra başçısı Tom Bosenko mətbuata açıqlamasında ötən həftə başlayan yanğınların hələ də söndürülmədiyini deyib. Bosenko daha 7 nəfərin isə itkin düşdüyünü bildirib.

Qeyd edək ki, yanğın səbəbindən bölgədən 50 min insan təxliyə edilib. Əyalətdə 657 ev yanıb. Kaliforniyanın 17 bölgəsində başlayan yanğının söndürülməsinə 12 min yanğınsöndürən cəlb olunub. ABŞ prezidenti Donald Tramp yanğın bölgəsində fövqəladə vəziyyət elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ