SON DƏQİQƏ

CHP yeni lider seçir

Tarix:

30-07-2018, 17:56

/ 10 258 dəfə oxundu.
CHP yeni lider seçir

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) yeni lider seçmək üçün növbədənkənar qurultay keçirəcək.

GunAz.az xəbər verir ki, qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.

Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb etmişdilər.

скачать dle 12.1

Şərhlər