SON DƏQİQƏ
» » Çiy halda dəniz məhsulu yeyən kişi əlini itirdi

Çiy halda dəniz məhsulu yeyən kişi əlini itirdi

Tarix:

29-07-2018, 09:09

/ 10 512 dəfə oxundu.
Çiy halda dəniz məhsulu yeyən kişi əlini itirdi

Cənubi Koreyada çiy halda dəniz məhsulu yeyən kişi əlini itirib. 

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, çiy halda dəniz məhsulu yeyən 71 yaşlı kişi dəri xəstəliyinə tutulub.

Belə ki, o, dəniz məhsullarını çiy halda yedikdən 12 saat sonra əlində ağrı hiss edib. Diyabet və hipertoniyadan əziyyət çəkən 71 yaşlı kişi əlində olan ağrıların get-gedə artdığını görəndən sonra həkimə müraciət etməyə məcbur olub. Məlum olub ki, onun dərisinə ət yeyən bakteriyalar düşüb.

Bir müddət xəstəxanada müalicə alan 71 yaşlı adamın vəziyyətinin gündən-günə ağırlaşdığını görən həkimlər, 25 gün sonra onun əlini kəsmək məcburiyyətində qalıblar.

Dünyaca məşhur plastik cərrah Dr.Karen Vong baş vermiş bu hadisə ilə bağlı öz fikirlərini bölüşüb: "Dəniz suyunda, ya da çiy, az bişmiş dəniz məhsullarının təkibində bu cür dəri mikrobları mövcuddur. Xroniki qaraciyər, xərçəng xəstəliyi də daxil olmaqla immun çatışmazlığı olan xəstələrdə infeksiyaya yoluxma riski daha yüksəkdir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ