SON DƏQİQƏ
» » Türkiyəli zəvvarlar Mədinədə qəzaya düşdülər: 2 ölü

Türkiyəli zəvvarlar Mədinədə qəzaya düşdülər: 2 ölü

Tarix:

26-07-2018, 20:38

/ 10 203 dəfə oxundu.
Türkiyəli zəvvarlar Mədinədə qəzaya düşdülər: 2 ölü

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Türkiyədən olan zəvvarları daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində hər iki sürücü ölüb.

GunAz.az “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Dini Məsələlər üzrə İdarəsi yayıb.

Bildirilib ki, qəza nəticəsində bir neçə zəvvar yüngül yaralanıb. Onlar Məkkədə xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb qum fırtınası nəticəsində tozun avtomobil yolunu görünməz vəziyyətə gətirməsi olub. Belə ki, yük avtomobilinin sürücüsü qarşıdan gələn avtobusu görməyib. Nəticədə iki maşın toqquşub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ