SON DƏQİQƏ
» » Türkiyədə avtobus qəzası - Çox sayda yaralı

Türkiyədə avtobus qəzası - Çox sayda yaralı

Tarix:

7-06-2018, 15:08

/ 10 277 dəfə oxundu.
Türkiyədə avtobus qəzası - Çox sayda yaralı

Türkiyənin Qars şəhərində hərbçiləri daşıyan avtobusla polis avtomobilinin toqquşması nəticəsində 2 polis əməkdaşı və 31 hərbçi yaralanıb.

Gunaz.az  “Anadolu”ya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, içərisində hərbçilər olan avtobusa arxadan gələn avtomobil çırpılıb. Hərbçilərin avtobusu yoldan çıxaraq qarşı tərəfdən gələn polis avtomobili ilə toqquşaraq aşıb.

Polis əməkdaşları Türkiyənin Baş naziri Binəli Yıldırımın Qarsa səfəri zamanı təhlükəsizliyini təmin etmək üçün hava limanı ərazisində xidməti vəzifələrini icra edirmiş. 

скачать dle 12.1

Şərhlər