SON DƏQİQƏ

Yunkerdən Trampa qeyri-adi hədiyyə

Tarix:

26-07-2018, 13:14

/ 10 259 dəfə oxundu.
Yunkerdən Trampa qeyri-adi hədiyyə

Avropa Komissiyasının lideri Jan-Klod Yunker Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampa üzərində hərbi qəbirstanlığın əks olunduğu şəkil hədiyyə edib. 

GunAz.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı o, danışıqlardan sonra məlumat verib. 

Yunkerin sözlərinə görə, fotoda general Corc Pattonun dəfn olunduğu Luksenburqdakı nekropol əks olunub. 

“Əziz Donald, gəl, birgə tariximizi yadımıza salaq”, - avropalı siyasətçi şəklin üzərində qeyd edib. 

Xatırladaq ki, iyulun 25-də Brüssel ticarət müharibəsində Vaşinqtona güzəştə gedib. Trampla Yunker arasında baş tutan görüşün sonunda ABŞ-ın maye qazın Avropaya ixracının artırılması üzrə işə başlayacağı ilə bağlı razılığa gəlib. Bundan başqa avropalılar sənaye tariflərini azaltmağa və ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulları idxal etməyə razılaşıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ