SON DƏQİQƏ

Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək

Tarix:

1-06-2018, 10:42

/ 10 334 dəfə oxundu.
Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək

Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək.

Bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.

“Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.

Onun sözlərinə görə, poladtökmə sahəsində bolluq probleminin həlli üçün Avropa Komissiyası son aylar ABŞ-la daim sıx əməkdaşlıq edir. Yunkerin sözlərinə görə, Aİ bu çətinliklərin mənbəyi deyil, əksinə, eyni səviyyədə onlardan əziyyət çəkir.

“Hüquqlarımızı beynəlxalq Ticarət hüququnun tələblərinə uyğun şəkildə qoruyacağıq”. (APA)

скачать dle 12.1

Şərhlər