SON DƏQİQƏ
» » Azərbaycanlı gənc qız Türkiyədə şəlalədən yıxıldı - Meyiti 2 saata tapıldı

Azərbaycanlı gənc qız Türkiyədə şəlalədən yıxıldı - Meyiti 2 saata tapıldı

Tarix:

8-07-2018, 14:29

/ 10 322 dəfə oxundu.
Azərbaycanlı gənc qız Türkiyədə şəlalədən yıxıldı - Meyiti 2 saata tapıldı

Türkiyəyə istirahətə gedən 27 yaşlı azərbaycanlı Məryəm Ömərova şəlalədən yıxılaraq dünyasın dəyişib.

GunAz.az xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

2 saat əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb.

Ərazinin bələdiyyə başçısı Hasan Karabulut açıqlamasında bildirib ki, Aladere şəlaləsindəki yaşanan hadisədə azərbaycanlı turistin hayatını itirməsi kədərlənirik:

“Şəlalənin olduğu əraziyə 1,5 saatlıq yol var. Bu yol çox təhlükəlidir. Turistləri bu kimi təhlükəli qayalıqlara dırmaşmamağı tövsiyə edirik”.(unikal.org)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ