SON DƏQİQƏ

ABŞ-dan Böyük Britaniyaya ÇAĞIRIŞ

Tarix:

2-07-2018, 16:24

/ 10 280 dəfə oxundu.
ABŞ-dan Böyük Britaniyaya ÇAĞIRIŞ

Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək.

GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Cim Mettisin britaniyalı həmkarı Qevin Uilyamsona ünvanladığı qeyd olunur.

ABŞ tərəfi məktubda Böyük Britaniyanın hərbi xərclərinin azalmasından narahatlığını bildirib:

“Böyük Britaniya silahlı qüvvələrinin gücü ölkənin dünya arenasında liderlik mövqeyini qorumağa imkan verir. Amma dövlətin öz mövqeyini müdafiə etmək qabiliyyəti zəifləyir”.

Qeyd olunur ki, London hərbi xərclərə ümumi daxili məhsulun 2 faizini sərf edir. Eyni zamanda Fransa müdafiəyə 260 milyard avro sərf edəcəyini bildirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ