SON DƏQİQƏ

Kraliçanın səhhətində ciddi problem yarandı

Tarix:

28-06-2018, 17:53

/ 10 274 dəfə oxundu.
Kraliçanın səhhətində ciddi problem yarandı

Böyük Britaniya kraliçası II Yelizavetanın səhhətində problem yaranıb və o özünü pis hiss edib.

GunAz.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 92 yaşlı kraliça bu səbəbdən Müqəddəs Mixayıl və Müqəddəs Qeorqi ordenlərinin 200 illiyi mərasiminə qatıla bilməyib.

Müqəddəs Pavel sarayında keçiriləcək mərasimdə kraliçanı Kent Hersoqu əvəz edib.

“Kraliça bu gün özünü yaxşı hiss etmir və bu səbəbdən o, Müqəddəs Pavel sarayındakı səhər xidmətinə qatılmamağı qərara alıb” – Bukinqhem sarayından bildirilib.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizaveta bu ilin aprelində 92 yaşını qeyd edib. Hazırda o bütün dünya monarxları içərisində həm ən yaşlı monarxdır.  Həmçinin Britaniya tarixində hakimiyyət dövrünə görə də liderdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ