SON DƏQİQƏ
» » Şahzadənin xanımına 1 milyonluq hədiyyələr verilib

Şahzadənin xanımına 1 milyonluq hədiyyələr verilib

Tarix:

2-06-2018, 12:00

/ 10 275 dəfə oxundu.
Şahzadənin xanımına 1 milyonluq hədiyyələr verilib

Britaniya şahzadəsi Harrinin xanımı, amerikalı aktrisa və model Meqan Markla toy günü ərəfəsində hədiyyə olunmuş zinyət əşyalarının bəzilərinin dəyəri bəlli olub.

Gunaz.az Daily Mail-ə istinadən bildirir ki, “Givenchy” brendinin əsəri olan, 150 min dollar dəyərindəki gəlinlik geyinmiş 36 yaşlı Meqanın başında əvvəlllər kraliça 2-ci Yelizavetanın nənəsi kraliça Teksli Mariyaya məxsus olmuş brilyant tiara vardı.

1932-ci ildə hazırlanmış bu tiaranın dəyəri 450 min funt-sterlinqdir. Platindən hazırlanan tiara brilyant və almaz qaşlarla bəzədilib.

Hədiyyə edilən və ümumi dəyəri 1 milyon funtdan artıq olan zinət əşyaları arasnıda 140 min funtluq bəxt üzxüyü, 60 min funtluq sırğalar, 241 min funtluq “Cartier” bilərziyi, 160 min funtluq nişan üzüyü də var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ