
Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.
Gunaz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarə Qaziantep Universitetinə məxsus olub.
Qəza nəticəsində təlimçi pilot həyatını itirib.
Bölgəyə çox sayda xilasetmə qrupu cəlb edilib.