SON DƏQİQƏ

Lavrov NATO-nu sərt tənqid etdi

Tarix:

11-06-2018, 12:50

/ 10 265 dəfə oxundu.
Lavrov NATO-nu sərt tənqid etdi

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri Şurasının toplantısının yekununa dair çıxışında, NATO-nun Əfqanıstandakı fəaliyyətinin ciddi narahatlıq doğurduğunu bldirərək, alyansı qeyri-şəffaflıqda ittiham edib.
Gunaz.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz nazirlər dedik ki, Əfqanıstandakı vəziyyətin sabitləşməsi vacibdir. Suriya və İraqdan İŞİD terrorçularının bu ölkəyə axışmasından narahatlığımızı ifadə etdik. Əfqanıstanın şimal əyalətlərində, yəni KTMT-nin birbaşa səlahiyyət zonasına yaxın ərazilərdə terrorçuların özləri üçün yeni baza meydanı yaratmağa başlaması isə xüsusilə narahatlıq doğurur. Bu, bizi narahat edir. Görürük ki, NATO heç də həmişə şəffaf fəaliyyət göstərmir”, - deyə Lavrov qeyd edib. 

Onun sözlərinə görə, Əfqanıstan əyalətlərinin qubernatorları bir neçə dəfə bəyanat veriblər ki, identifikasiya nişanları olmayan helikopterlər terrorçuların olduğu rayonlara gedib-gəlirlər. Və Əfqanıstanın bütün hava məkanına nəzarət edən NATO və ABŞ bundan xəbərsiz ola bilməzlər. Bu isə onu göstərir ki, onların Əfqanıstandakı fəaliyyətləri qeyri-şəffafdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ